Ölmüş şahid bundan sonra təhlükəli deyil

2019/06/1d3e8-1559907509.jpg
Oxunub: 670     16:49     10 İyun 2019    
“Ona yaxın olanların sözlərinə görə, “1 Mart” işi üzrə Qriqoryanın söyləyə biləcəkləri yeni hakimiyyət üçün arzuolunan deyil. Qriqoryan həmin günlərdə baş verən hadisələr haqqında hərtərəfli haqlıdır”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın nüfuzlu “Politik.am” saytı yazıb.

Sayta qeyd edir ki, Qriqoryan ictimaiyyətin geniş təbəqəsi üçün qəbul edilməyən simadır.

“Bu günlərdə İrəvan məhkəməsində “Yerkrapah” təşkilatının keçmiş sədri, Ermənistan parlamentinin keçmiş deputatı general Manvel Qriqoryan və onun həyat yoldaşı Nazik Amiryanın işi üzrə məhkəmə iclasına Manvel Qriqoryanı əlil arabasında gətiriblər.

Bu gün isə məlum olub ki, onun səhhəti olduqca pisdir. Əlbəttə Qriqoryan ictimaiyyətin geniş təbəqəsi üçün qəbul edilməyən, simadır. O, hakimiyyətin bir hissəsini təşkil etdiyi dövrlərdə çoxlarını incitməyə fürsət tapıb və təbii ki, bir çoxlarını onun taleyi maraqlandırmır.

İctimaiyyətin geniş təbəqəsi üçün heç bir əhəmiyyət kəsb etməməsinə baxmayaraq, məhkəmənin niyə hər dəfə onun həbsinin dəyişdirilməsi haqqında vəsadəti rədd etməsi qəribədir. Niyə Qriqoryana müalicə olunaraq, ədalət qarşısında dayanmağa imkan verilmir”, - deyə məlumatda qeyd edilir.

Sayta görə, Ermənistanda məhkəmələrin azad olmadığı və cari dövrün hakimiyyətinin tələblərini yerinə yetirdiyini xatırlatmaq belə artıqdır. Yeni hakimiyyət dövründə məhkəmələr Saşik Sarkisyanı azad etdilər və ona xaricdə müalicə alması üçün ölkəni tərk etməyə şərait yaratdılar.

“Belə olan halda hakimiyyətin Qriqoryanın müalicəsinə icazə verməyə nə üçün qorxduğu anlaşılan deyil. Qriqoryanın niyə təhlükəli olması aydın deyil. Qriqoryanın yaxınları çevrəsində yayılan şayiələrə əsasən yeni hakimiyyət üçün təhlükəli şahid olması səbəbindən Qriqoryana müalicə fürsəti verilmədiyi bildirilir.

Ona yaxın olanların sözlərinə görə, “1 Mart” işi üzrə Qriqoryanın söyləyə biləcəkləri yeni hakimiyyət üçün arzuolunan deyil. Qriqoryan həmin günlərdə baş verən hadisələr haqqında hərtərəfli haqlıdır.

O, Ermənistan Müdafiə Nazirliyində fəaliyyətdə olan 2 generaldan biridir. Levon Ter Petrosyan həmin dövrdə onunla görüşüb. Yayılan xəbərlərə əsasən, 2008-ci ildə Levon Ter Petrosyan və Manvel Qriqoryanla əlaqəni Cahangiryan təmin edib. Cahangiryan ordunu siyasi proseslərə müdaxilə etməyə razı salmağa çalışıb.

Deyilənlərə görə, Cahangiryanla bərabər digər bir məşhur şəxs də olub və onun adı qeyd edilmir. Buna görə də, hakimiyyət qorxur və ehtiyat edir ki, Qriqoryan danışa bilər və həmin hadisəni ifşa edə bilər. Şayiələrə əsasən Qriqoryan, imkan daxilində polisə qarşı silahlı təxribatçılar göndərməsi barədə Petrosyanın komandasının etdiyi təklifləri açıqlaya bilər.

Qriqoryanın şahidliyi Petrosyanın siyasi proseslərə ordunu cəlb etməyə cəhd etdiyini sübut edə bilər. Qriqoryan belə bir ifadəylə yeni hakimiyyəti Petrosyana qarşı da cinayət işi açılmasına məcbur edə bilər. Ona görə də, Qriqoryanın yaxınları hesab edir ki, yeni hakimiyyət üçün Manvel Qriqoryanı səhhətini bərpa edə bilməməsi daha çox arzuolunandır. Köhnə İcevan deyimində deyildiyi kimi ölmüş şahid bundan sonra təhlükəli deyil”, - deyə sayt qeyd edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   1-Mart   Petrosyan  

Ölmüş şahid bundan sonra təhlükəli deyil

2019/06/1d3e8-1559907509.jpg
Oxunub: 673     16:49     10 İyun 2019    