Özünü yandırmağa cəhd edən erməni hərbi qulluqçu kimdir? – DETALLAR

2019/06/18938-1559905331.jpg
Oxunub: 734     15:01     10 İyun 2019    
Ermənistan Müdafiə Nazirliyi qarşısında özünü yandırmağa cəhd edən şəxs snayperlər dəstəsinin komandiri olub.

Ordu.az “Sputnik Armenia” agentliyinə istinadən xəbər verir ki, bir neçə gün öncə, günorta vaxtı Ermənistan Müdafiə Nazirliyi qarşısında özünü yandırmağa cəhd edən şəxs barədə müəyyən məlumatlar üzə çıxıb.

Xatırladaq ki, özünü yandırma cəhdi barədə məlumatı Ermənistanın Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumu yaymışdı. Daha sonra məlum oldu ki, bu hadisə Müdafiə Nazirliyinin həyətində baş verib. Özünü yandırmağa cəhd edən isə Müdafiə Nazirliyinin sabiq hərbi qulluqçusu, snayperlər dəstəsinin komandiri olub.

Ermənistan MN-in mətbuat katibi Artsrun Hovhannisyan da bu məlumatı təkzib etməyib və snayperlərlə bağlı hissənin əfsanələşdirildiyini deməklə yanaşı, onun silahlı qüvvələrin sabiq hərbi qulluqçusu olduğunu təsdiq edib.

Hovhannisyan, həmçinin 42 yaşlı Mxitar Alumyanı özünü yandırma cəhdindən Müdafiə nazirinin müşaviri, insan haqları mərkəzinin rəisi Aleksandr Avetisyanın çəkindirdiyini ifadə edib. Onların söhbətindən belə məlum olub ki, Alumyan müqaviləli hərbi qulluqçu olub, 5 uşaq atasıdır. Uşaqlarından ikisi və arvadının sağlamlığında problemlər mövcuddur və onların xaricdə müalicəyə ehtiyacları var.

Bununla yanaşı ailənin mənzil problemi də var. Alumyanın sözlərinə görə, sənədləri hazırlaya bilməməsi səbəbindən dövlət mənzil təminatı proqramından kənar qalıb. O, postları buraxıb sənədlərlə məşğul ola bilməyəcəyini vurğulayıb.

Nazir müşaviri vəd verib ki, 10 gün ərzində onun problemləri ilə məşğul olub bir nəticə əldə etməyə çalışacaq. Müşavir o vaxtadək kəskin addımlara əl atmamasını və ailəsinin yanına qayıtmasını xahiş edib.

Alumyan 20 il qulluq edən və mənzil şəraiti olmayan yüzlərlə hərbçinin olduğu, illərlə bu problemin toplaşıb qaldığını deyib. Hovhannisyan isə müxtəlif proqramlarla bu probelmi həll etməyə çalışdıqlarını söyləyib. Onun sözlərinə görə, nazir müşaviri də daxil olmaqla heç kimin mənzil vermək səlahiyyəti yoxdur və mənzil növbə əsasında komissiyanın qərarı ilə verilir.

Hətta sənədləri düzəldiyi və mənzil növbəsinə alındığı halda belə Alumyanın mənzil təminatı sırası tez həll edilməyəcək. Mənzil növbəsində olan hərbi qulluqçuların sayının 1400 nəfər təşkil etdiyi, mənzil sayı və vəsaitin isə olduca az olduğu bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   İntihar  

Özünü yandırmağa cəhd edən erməni hərbi qulluqçu kimdir? – DETALLAR

2019/06/18938-1559905331.jpg
Oxunub: 735     15:01     10 İyun 2019    