“Hraparak”: Qriqoryanın ABŞ-a səfəri həddindən artıq uğursuz olub

2019/05/20823-1558685590.jpg
Oxunub: 9070     12:00     24 May 2019    
“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ABŞ-a səfəri həddindən artıq uğursuz oub”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, Ermənistan Xarici İşlər Nazirliyinin və səfirliyin bütün səylərinə baxmayaraq, Con Bolton Qriqoryanı qəbul etməkdən imtina edib.

“Ermənistan Xarici İşlər Nazirliyinin və səfirliyin bütün səylərinə baxmayaraq, Qriqoryan ciddi səviyyəli hər hansı görüşə nail ola bilməyib. Bundan əlavə ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton onu qəbul etməkdən imtina edib. O, həmin Boltondur ki, İrəvanda olarkən Qriqoryanla təkbətək görüşməkdən imtina edib. O, Boltonun ofis nümayəndələri və icma rəhbərləri ilə görüşməyə məcbur olub.

Yeri gəlmişkən, onu “Hranuş Hakobyanın kosmonavtı” adlandırmağa başlayıblar. Belə ki, Qriqoryan ABŞ-da Braziliyianın kosmik agentliyinin rəhbəri Karlos de Moura ilə görüşüb”, - deyə nəşrin yaydığı məlumatda bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Qriqoryan  


Bizi "telegram"da izləyin