“İstənilən vaxt cəbhədə vəziyyət gərginləşə bilər” - Safrastyan

2019/05/artil-1558528536.jpg
Oxunub: 1198     21:30     22 May 2019    
“Qarabağ üzrə danışıqlar prosesini qoruyub saxlamaq üçün bütün vasitələrdən istifadə edilməlidir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İstitutunun direktoru Ruben Safrastyan deyib.

Onun sözlərinə görə, istənilən danışıqlar, hətta ən əlverişlisi də belə müharibədən daha yaxşıdır.

“Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında Vaşinqtonda görüş keçirilməsi ehtimalı istisna edilmir. Son dəfə nazirlər arasında qısa söhbət mayın 13-də Brüsseldə baş tutub. Görüşlərin aktivləşməsinə baxmayaraq, tərəflər hələ də, qarşılıqlı güzəştlərdən uzaqdırlar. İrəvan Qarabağın (qondarma qurum-red.) danışıqlarda birbaşa iştirakını iddia edir, Bakı isə prinsipal olaraq belə bir addımla razı olmadığını qeyd edir”, - deyə o bildirib.

Safrastyanın fikrincə, nəzərə çarpan irəliləyişin olmamasına baxmayaraq, Qarabağ üzrə danışıqlar prosesini qoruyub saxlamaq üçün bütün vasitələrdən istifadə edilməlidir.

“İstənilən vaxt cəbhədə vəziyyət gərginləşə bilər, buna görə ayıq-sayıq olmaq lazımdır. Əvvəl olduğu kimi, münaqişənin hərb yolu ilə həllinə cəhd edilməsi mümkündür”, - deyə Safrastyan narahatlığını gizlədə bilməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   İşğal   Qarabağ  

“İstənilən vaxt cəbhədə vəziyyət gərginləşə bilər” - Safrastyan

2019/05/artil-1558528536.jpg
Oxunub: 1199     21:30     22 May 2019    