“Qarabağ mövzusu məhkəmələrin mühasirəyə alınması məsələsi ilə bir paketdədir” - Hakobyan

2019/05/11282-1558512834.jpg
Oxunub: 697     12:12     22 May 2019    
“Xəyanət və torpaq verilməsi haqqında bəyanatlar Ermənistan hakimiyyəti üçün ciddi nəticələrə səbəb ola bilər”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri siyasi məsələlər üzrə mütəxəssis, erməni politoloq Vigen Hakobyan Ermənistan Baş naziri Nikol Paşinyanın, Qarabağla (qondarma qurum-red.) Ermənistan arasında ayrı-seçkilik salmaq, həmçinin məhkəmələrin mühasirəyə alınması haqqında bəyanatlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, Robert Köçəryanın həbsdən azad edilməsinə verilən reaksiya olduğuna görə, indiki halda məhkəmələrin mühasirəyə alınması məsələsi Qarabağ (qondarma qurum-red.) mövzusu ilə bir paketdədir.

“Xəyanət və torpaq verilməsi haqqında bəyanatlar Ermənistan hakimiyyəti üçün ciddi nəticələrə səbəb ola bilər. Digər tərəfdən əgər, Baş nazir bəyan etdiyi kimi məhkəmə sistemi təmamilə müstəqildirsə, keçmiş prezidentin həbsdən azad edilməsi gözlənilməz olmamalıdır. Qarabağ (qondarma qurum-red.) əhalisinə yönəlmiş çağırışa gəldikdə isə bu addım seçki prosesinə birbaşa müdaxilə kimi hesab edilməsə də, seçkilərə müəyyən təsir kimi qəbul edilə bilər”, - deyə Hakobyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Məhkəmə   Paşinyan  

“Qarabağ mövzusu məhkəmələrin mühasirəyə alınması məsələsi ilə bir paketdədir” - Hakobyan

2019/05/11282-1558512834.jpg
Oxunub: 698     12:12     22 May 2019    