Müdafiə Nazirliyinin mətbuat xidmətindən
Ordu.az-a verilən məlumata görə, tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərin abidəsi önünə gül dəstələri qoyulub, Ulu Öndər və respublikamızın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni ifa olunub.
Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ordumuza göstərdiyi diqqət və qayğıdan, ordu quruculuğu istiqamətində həyata keçirilən uğurlu islahatlardan danışıblar.
Sonra qonaqlar hərbi hissədə yaradılmış şəraitlə tanış olublar. Tədbirin sonunda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.
Ordu.az