Ermənistanda etirazçı hərbçilərin tələbləri yerinə yetirilmədi

2019/05/arm01-1557504634.jpg
Oxunub: 31832     20:08     10 May 2019    
Ermənistan hökuməti keçmiş hərbçilərin etirazlarına məhəl qoymayıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın Müdafiə naziri Davit Tonoyan, Ermənistan Baş naziri Nikol Paşinyana qanun layihəsinin detallarını təqdim edib.

Məlumata görə, qanun layihəsi etiraz edən keçmiş hərbçilərin tələbləri nəzərə alınmadan qəbul edilib.

Tonoyan qeyd edib ki, vəsaitlə bağlı müəyyən dövrdə layihənin icrası İrəvan ərazisində dayandırıla bilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hərbçilər   Etiraz  


Bizi "telegram"da izləyin