Ermənistan hökuməti hərbçilərin faiz payına göz tikir - Etiraz aksiyaları başladı

2019/05/tosha-1557485704.jpg
Oxunub: 29051     14:47     10 May 2019    
Ermənistan hökuməti binasının qarşısında hərbi əlilliyi olan, müharibədə iştirak etmiş və bu gün təqaüddə olan hərbi qulluqçular etiraz aksiyası keçirir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, erməni təqaüdçü hərbi qulluqçuların etiraz etməsinə səbəb Ermənistan hökumətinin iclasında müzakirə olunan mövzudur.

Belə ki, Ermənistan hökuməti bu gün keçirdiyi iclasında hərbi qulluqçuların mənzil təminatı ilə bağlı qərarda dəyişikliklər aparmaq niyyətindədir. Əvvəlki qanunda, erməni hərbi qulluqçuların təqaüdə çıxması və mənzillə təmin edilməsi qeyd olunurdusa, hazırkı dəyişikliklərdə mənzil sertifikatı və digər üsullarla təmin ediləcəkləri bildirilir.

Bu isə təqaüddə olan erməni hərbçiləri qane etmir. Çünki bu sertifikatlar 1 il müddətinə müəyyən məbləği əhatə etməklə verilir. Həmin vəsait İrəvanda dəyərin 50%-i, bölgələrdə isə dəyərin 100 və ya 90%-i həcmi ilə ölçülür.

Onlar bildirir ki, mənzil növbəsinə görə siyahı ləğv edilərək, müxtəlif formalara salınıb. Nəticədə uzun illərdir mənzilsiz qalmaqda davam edirlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan--ordusu   Hərbçilər   Etiraz  


Bizi "telegram"da izləyin