Türkiyədə PUA-a ilə terror planlaşdıran iki İŞİD üzvü saxlanılıb

2019/05/14456-1557477559.jpg
Oxunub: 12940     12:46     10 May 2019    
İstanbulda planlaşdırılan bir neçə terror aktının qarşısı alınıb.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, terror aktlarının İŞİD terror təşkilatının döyüşçüləri tərəfindən hazırlandığı bildirilir.

Məlumata görə, planda əli olan iki terrorçu tutulub, məsələ ilə bağlı araşdırma aparılır.

Terror aktlarının dronlar vasitəsilə insanların daha çox toplaşdığı yerlərdə planlaşdırıldığı qeyd edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İstanbul   İŞİD   Terror  


Bizi "telegram"da izləyin