“S-400”lər Azərbaycanda yerləşdiriləcək? - Səfirdən açıqlama

2019/05/15446-1557473797.jpg
Oxunub: 10266     11:35     10 May 2019    
Türkiyənin Bakıdakı səfiri Erkan Özoral Ankaranın Rusiyadan aldığı "S-400" zenit-raket komplekslərinin Azərbaycanda yerləşdiriləcəyi barədə iddialara münasibət bildirib.

Ordu.az Azvision.az-a istinadən xəbər verir ki, səfir jurnalistlərə açıqlamasında deyib ki, bununla bağlı onda hər hansı məlumat yoxdur.

""S-400"lərin Azərbaycanda yerləşdirilməsi ilə bağlı məlumatsızam. Bunun belə olmadığını Xarici İşlər naziri Mövlud Çavuşoğlu da açıqlayıb".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: S-400   Türkiyə-Azərbaycan  


Bizi "telegram"da izləyin