Putin Ermənistana səfər edəcək

2019/05/12635-1557385463.jpg
Oxunub: 23685     11:03     09 May 2019    
Rusiya Federasiyasının prezidenti Vladimir Putin oktyabrın 1-də Ermənistana səfər edəcək.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan dünən keçirdiyi mətbuat konfransında bildirib.

Paşinyan qeyd edib ki, İrəvanda keçiriləcək AİƏT-in yüksək şurasının iclasında iştirak etmək məqsədilə Rusiya prezidenti ilə yanaşı, Avrasiya İqtisadi Əməkdaşlıq təşkilatına üzv ölkələrin rəhbərləri də Ermənistana səfər edəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Ermənistan   Səfər  


Bizi "telegram"da izləyin