Paşinyan etiraf etdi: "Problemi olacaq yeganə əsgər baş nazirin oğlu idi"

2019/05/45645-1557305926.jpg
Oxunub: 15106     12:56     08 May 2019    
“Yazırdılar, deyirdilər ki, öz oğlu ordudadır, ona görə əsgərlərə telefon veriblər".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənitanın Baş naziri Nikol Paşinyan jurnalistlərlə görüşü zamanı deyib.

O bildirib ki, hakimiyyəti dövründə müddətli xidmət hərbi qulluqçularına mobil telefon istifadəsinə və ailə üzvləri ilə daimi əlaqə saxlamağa imkan verilib.

Paşinyan sözügedən dəyişiklik barədə danışarkən onu belə əsaslandırmağa cəhd edib: “Yazırdılar, deyirdilər ki, öz oğlu ordudadır, ona görə əsgərlərə telefon veriblər. Yəni, mobil telefonla zəng etmə problemi olacaq yeganə əsgər, baş nazirin oğlu idi, buna görə də bütün əsgərlərin problemi həll edilib”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ordu   Telefon  


Bizi "telegram"da izləyin