“Past”: Rusiya Baş naziri Ermənistandakı ekspertlərə hansı göstərişləri verib?

2019/05/15567-1557305536.jpg
Oxunub: 16997     14:12     08 May 2019    
“Ermənistanda ilin sonunadək ehtimal edilən daxili siyasi proseslərə proqnoz verilməsinə dair ekspertlərə göstəriş verilib”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri məlumat yayıb.

Nəşrin yaydığı məlumatda bu tapşırığın Rusiya Federasiyasının Baş naziri Dmitri Medvedyevin İrəvan səfərindən sonra baş verdiyi bildirilir.

“Rusiya analitik mərkəzlərinə, xüsusilə güc strukturları ilə bərabər işləyən mərkəzlərə, Ermənistanda ilin sonunadək ehtimal edilən daxili siyasi proseslərə, ssenarilərə və bunun əsasında ehtimal edilən siyasi inkişaf proseslərinə və yenidən düzülüş formalarını əks etdirən proqnozların verilməsinə dair göstəriş verilib.

Bu, yenidən düzülüşün İran və Qarabağ faktorunu da nəzərə almaqla, bölgəyə ehtimal edilən təsirinin araşdırılmasına dair də göstəriş verilib.

“Diqqət çəkən məqam odur ki, bu tapşırıq Dmitri Medvedyevin İrəvan səfərindən sonra baş verib. Ekspertlər, Rusiya Fedarasıyasının Baş nazirinin İrəvanda nə hiss etdiyini, yaxud rusların güc strukturları ilə yanaşı fəaliyyət göstərən analitik mərkəzlərə göstəriş verilməsinə səbəb olan hansı məlumata malik olduqlarını dərk etməyə çalışırlar” - deyə nəşrdə qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Medvedev   Ermənistan  


Bizi "telegram"da izləyin