DSX rəisi Ağstafada xidməti-döyüş fəaliyyətini yoxlayıb - FOTO

2019/05/photo-1557300804.jpg
Oxunub: 6698     11:32     08 May 2019    
Dövlət Sərhəd Xidmətinin rəisi gene­ral-polkovnik Elçin Quliyev Ağstafada hərbi hissə və bölmələ­rinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.

DSX-nin Mətbuat mərkəzindən Ordu.az-a verilən məlumata görə, dünən Dövlət Sərhəd Xidmətinin rəisi gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın Ağstafa rayonu ərazisində hərbi hissə və bölmələ­rinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.

Xidmət rəisi, sərhəd döyüş mən­təqə­lərində xidmət edən şəxsi heyətlə görüşüb, Ermənistan Silahlı Qüv­və­lərinin bölmələri ilə təmas xəttində sərhəd mühafizə və mü­dafiə infrastruktu­ru­nun yaradılması istiqamətində görülən iş­lə­rə baxış ke­çirib, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təh­lükəsizliyinin təmin edilməsi üzrə tapşırıqlar verib.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DSX   Ağstafa  


Bizi "telegram"da izləyin