Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Birləşdirilmiş Qüvvələr Əməliyyatının mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, separatçılar 120 və 82 mm-lik minaatanlardan, iriçaplı pulemyotlardan, avtomat qumbaraatanlardan və piyadanın döyüş maşını üzərinə quraşdırılmış silahlardan hücumlar həyata keçiriblər.
Ordunun bu hücumlara cavab tədbirləri görməsi nəticəsində 2 separatçı məhv edilib, 1-i isə yaralanıb. Eyni zamanda separatçılara məxsus bir ədəd “Orlan-10” PUA-sının da vurulduğu bildirilir. Ukrayna tərəfindən isə bir əsgər yaralanıb.
Ağalar Ağalarlı
Ordu.az