“İranla münasibətlərin dərinləşməsi İrəvanın maraqlarına cavab vermir” - Stiven Blank

2019/03/18_02-1551446625.jpg
Oxunub: 27676     20:22     01 Mart 2019    
“Ermənistanın İranla münasibətlərinin dərinləşməsi erməni-Amerika münasibətlərinə zərər vurduğuna görə İrəvanın maraqlarına cavab vermir”

Ordu.az “Amerikanın Səsi” agentliyinə istinadən xəbər verir ki, bu barədə “American Foreign Policy Council” təşkilatın Baş analitiki Stiven Blank danışıb.

Onun fikrincə, Ermənistanla İran arasındakı əlaqələrin dərinləşməsi erməni-Amerika münasibətlərinə zərər vurduğuna görə İrəvanın maraqlarına cavab vermir.

“Erməni hakimiyyətinin yerində olsaydım, İranla münasibətləri hazırda olduğu nöqtədən qabağa dərinləşdirməzdim. Status-kvo münasibətlərini qorumaq və dərinləşdirməmək məqsədəuyğun olardı”, - deyə Stiven Blank bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-İran   ABŞ   Sanksiya  


Bizi "telegram"da izləyin