Ordu.az xəbər verir ki, “Joğovurd” qəzeti buna zidd olaraq bu aksiyanın təşkil edilməsi ideyasının Respublikaçılar partiyasının üzvü, sabiq müdafiə naziri Vigen Sarkisyana məxsus olduğunu iddia edir.
“Məhz Sarkisyan, “Erməni milli qvardiyası” ictimai təşkilatının rəhbəri Arşak Zakaryanı bu cür tədbir keçirməyə təşviq edib. Onu inandırıb ki, diplomtik mənbələrdən əldə etdiyi məlumata əsasən, torpaqların təhvil verilməsi ilə bağlı gündəmdə məsələ var və mitinq keçirilməsi günün çağırışıdır”, - deyə qeyd edilib.
“Joğovurd” qəzeti əldə etdiyi məlumatı dəqiqləşdirmək üçün Vigen Sarkisyanla əlaqə yaradıb. Verilən suala cavab olaraq o, yayılan məlumatları təkzib etməklə, qeyd edib ki, “Partiya ilə bağlı bütün məsələlərlə əlaqədar partiyanın ofisinə zəng edin”.
Alpər Mövludoğlu
Ordu.az