Osipyan Sefilyan və “Sasna Tsrer”ə xəbərdarlıq etdi

2019/03/45645-1551435462.jpg
Oxunub: 25547     14:15     01 Mart 2019    
“Məsələ Jirayr Sefilyanda deyil, kim istəyirsə olsun, polis qanun çərçivəsində fəaliyyət göstərəcək və polis Ermənistanda vəziyyətə nəzarət edir. Bu, əgər bir neçə nəfər küçə bağlayırsa və polis bunu birdəfəlik açmırsa, o zaman polis bunu edə bilməz demək deyildir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Jirayr Sefilyanın bəyanatına münasibət bildirərkən jurnalistlərə verdiyi müsahibəsində polis rəisi Valeri Osipyan deyib.

“Biz bir neçə dəqiqə ərzində yolu aça və nəqliyyatın hərəkətini bərpa edə bilərik”, - deyə o bildirib.

“Yaxın günlərdə hər hansısa yolların bağlanması barədə məlumatları varmı?”, - deyə verilən suala polis rəisi belə cavab verib: “Polisin açıqlaya bilməyəcəyi, çox informasiyası var”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sefilyan   Sasna-Tsrer  


Bizi "telegram"da izləyin