“1000-dən artıq hərbçi “1 Mart” hadisələrində iştirak edib” - Manukyan

2019/03/arm14-1551426334.jpg
Oxunub: 30789     11:40     01 Mart 2019    
““1 Mart cinayət işi üzrə onlarla adam mühakimə edilib. Lakin bütün bunlar saxta ittihamlarla baş tutub. Ona görə ki, belə bir cinayəti yalnız dövlət aparatının əməkdaşlığı həyata keçirə bilər”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Milli Konqresinin nümayəndəsi Aram Manukyan qeyd edib.

Həmçinin Manukyan iddia edir ki, Ermənistan hökumətinin imzası ilə İnsan Haqları Avropa Məhkəməsinə qətllərin son dərəcə zərurətlə bağlı həyata keçirildiyinə dair sənəd göndərilib.

“Bundan yaxşı dindirmə ifadəsi istəyirsiz?”, - deyə Manukyan bildirib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti həmin dövrdə bütün bunların açıla biləcəyini təəsvvür etmirdi, ancaq 11 il ərzində bütün bunların üstü açıldı.

“Ordu və digər güc strukturlarından olan 1000-dən artıq adam “1 Mart” hadisələrində iştirak edib”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   1-Mart  


Bizi "telegram"da izləyin