Şarmazanovdan Paşinyana: “Cənablar, sizin parlaq münasibətiniz budur?”

2019/03/Sharm-1551423005.jpg
Oxunub: 30651     10:48     01 Mart 2019    
“18-ci əsrin əvvəlindən daha dəqiq desək, İsrail Günü təşəbbüsündən başlayaraq, zaman geçdikcə möhkəm müttəfiqlik münasibətlərinə keçən erməni-rus strateji əməkdaşlığının əsası qoyulub”.

Ordu.az xəbər verir ki, bu barədə Eduard Şarmazanov öz “Facebook” səhifəsində yazıb.

“Ermənistanın yeni tarixində erməni - rus münasibətlərinin müttəfiqlik xarakteri həm Rusiya, həm də Ermənistanın siyasi elitası tərəfindən əhəmiyyətli hesab edilib. Aydındir ki, bu münasibətlərin müttəfiqlik xarakteri hər iki ölkənin maraqlarından irəli gəlir”, - deyə o bildirib.

Şarmazanov, aprel-may aylarında Nikol Paşinyanın hakimiyyəti zəbt etməsi əməliyyatından sonra bu münasibətlərdə arzuolunmaz müxtəlif məqamlarla bağlı öz narahatlığını bildirdiyini qeyd edib. Bunun əvəzində isə Nikol Paşinyanın rus-erməni münasibətlərinin heç vaxt bu dərəcədə parlaq olmadığına dair etiraflarını eşitdiyini bildirib.

Şarmazanov hər şeyi ardıcılıqla sıralayıb:

- Lavrov bəyan edir ki, Ermənistanın yeni hakimiyyəti bir şey deyir, başqa bir şey edir. Bizim “Duxov” (ruh yüksəkliyi ilə) Baş nazirimiz isə bəyan edir ki, hər şey yaxşıdır;
- Ermənistan KTMT-dəki Baş katib vəzifəsindən məhrum olur. Bundan başqa KTMT-yə üzv ölkələr bu məsələdə Belarusa dəstək verir;
- Sərhəddə qazın qiyməti artır;
- Nəhayət ilk dəfə Rusiyanın deputatlar korpusunun nümayəndələri Xocalının anım mərasimlərində iştirak edir.


“Cənablar, sizin parlaq münasibətiniz budur? Qəribədir ki, erməni parlamentinin nümayəndə heyəti Rusiyanın Dövlət Dumasının rəhbərliyinin qəbuluna layiq görülməyib. Niyə?”, - deyə o bildirib.

Şarmazanov təəssüflə qeyd edib ki, bir zamanların etibarlı və real müttəfiq münasibətləri bu gün artıq təhlükədədir.

“Çıxışlar etmək, şou və yürüşlər təşkil etmək əvəzinə Paşinyan qoy zəhmət çəksin, Ermənistanın milli və dövlət maraqlarına xidmət etsin”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin