Ordu.az xəbər verir ki, onlar Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş tələb ediblər.
Yaxın gələcəkdə dinc dövrdə orduda ölən erməni hərbçilərlə bağlı 5 qalmaqallı cinayət işlərinə yenidən baxılacağına dair hökumətin açıqlama verməsinə baxmayaraq, ölən hərbi qulluqçuların anaları hesab edir ki, uzun illər keçən cinayət işlərinin istintaqı müstəntiqlər tərəfindən ədalətli həll edilə bilməyəcək.
Dinc dövrdə ölən hərbi qulluqçu Valerik Muradyanın anası Nana Muradyana İstintaq komitəsində müstəntiq bildirib ki, 9 il sonra sübutlar məhv edildiyindən cinayət işinin üstünün açılması çətindir.
“9 il keçib. İlkin izlər itirilib, əşya sübutlar məhv edilib, iş qarışıq hala düşüb. 9 il sonra mən bu işi necə araşdırım?”, - deyə o müstəntiqin sözlərini xatırladaraq etiraz edib.
Nana Muradyan təkid edir ki, cinayət işini araşdıran birinci müstəntiq Apresyanı cinayəti gizlətməsinə görə cinayət məsuliyyətinə cəlb etməlidirlər.
Alpər Mövludoğlu
Ordu.az