Kommunistlər 102-ci bazanın qarşısında aksiya keçiriblər

2019/02/52611-1551077951.jpg
Oxunub: 30847     10:57     25 Fevral 2019    
Rusiya Federasiyasının Gümrüdə dislokasiya olunmuş 102-ci hərbi bazasının qarşısında Ermənistan Kommunist partiyasının üzvləri aksiya keçiriblər.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, onlar Ermənistanda Rusiyanın hərbi mövcudluğuna dəstək nümayiş etdiriblər.

Kommunistlər bəyan edib ki, aksiyanı keçirməkdə Rusiya ilə Ermənistan arasında strateji əməkdaşlığın pozulmasına və erməni-rus dostluq əlaqələrinin zəifləməsinin əleyhinə olduqlarını nümayiş etdirmək istəyirlər.

Kommunistlərin fikrincə, Rusiya Federasiyasının 102-ci hərbi bazası Ermənistan üçün ən yaxşı hərbi tərəfdaş olaraq qalmalıdır.

“Hərbi bazanı burdan çıxartmaqla bizi təhlükə altına atırlar. Doğrudur, 102-ci hərbi baza ilə bağlı müxtəlif hadisələr baş verib, cinayətlər törədilib, lakin bunu siyasiləşdirmək olmaz.

Cinayətkar milli mənsubiyyətindən asılı olmayaraq cəzalandırılmalıdır. Amma bütün bunları tam bir millətə, hətta bir hərbi quruma şamil etmək səhvdir. Biz Rusiya əleyhinə çağırışlara qarşıyıq və daim Rusiya tərəfindəyik”, - deyə Kommunist partiyasının nümayəndələri bəyan edib.

Aksiya başa çatdıqdan sonra Kommunist fəallar RF-nin 102-ci hərbi bazasında bayram yeməyində iştirak ediblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: 102-baza   Etiraz  


Bizi "telegram"da izləyin