Ermənistan MN-də daha bir korrupsiya faktı - VİDEO

2019/02/34534-1550910144.jpg
Oxunub: 32023     11:43     23 Fevral 2019    
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ermənistan Müdafiə Nazirliyinin rəsmisinin rüşvət alması faktı aşkar edilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan MTX-nin mətbuat mərkəzindən məlumat verilib.

Əldə edilən əməliyyat məlumatına əsasən, Ermənistan MN-in Qeğarkunik vilayətinin hərbi komissarının müavini “A.P” adlı rəsmi şəxs komissarlığa müraciət edən hərbi mükəlləfiyyətçi vətəndaşa tibbi müayinə keçmədən hərbi bilet verilməsinə və hərbi biletdə xidmətə yararsız olduğuna dair müvafiq qeydlərin aparılması müqabilində fevralın 11-də həmin hərbi komissarlığın uçot şöbəsinin müfəttişi “V.V” adlı şəxs vasitəsilə vətəndaşdan 1000 ABŞ dolları rüşvət tələb edib.

Şəxsin hərbi biletində aydın saxta məlumatlar yazdıqdan sonra komissarlığın rəsmisi “A.P”, uçot şöbəsinin müfəttişi vasitəsilə rüşvəti fevralın 19-da alması barədə razılığa gəliblər. Pulun verilməsi MTX-nin əməkdaşlarının nəzarəti altında aparılıb. Bundan dərhal sonra komissarın müavini həbs edilib, cinayət işinin müvafiq maddələri üzrə 2 nəfərə qarşı ittiham irəli sürülüb və onlar həbs edilib.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MTX   Korrupsiya   MN  


Bizi "telegram"da izləyin