Ərdoğan Türkiyə və Azərbaycan arasında hərbi sahədə mühüm sənədi təsdiqlədi

2019/02/15237-1550830822.jpg
Oxunub: 14149     14:11     22 Fevral 2019    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə və Azərbaycan hökumətləri arasında hərbi tibb sahəsində təhsil və əməkdaşlıq haqqında protokolu təsdiq edib.

Ordu.az xəbər verir ki, protokolun məqsədi hərbi tibb təhsili, hərbi təlim və elm sahələrində səlahiyyətli orqanların cavabdehlikləri çərçivəsində tərəflərin riayət etməli olacaqları əsasları müəyyənləşdirmək və əməkdaşlığı inkişaf etdirməkdir.

Sənəd həmin sahələrdə şəxsi heyət, material, təchizat, məlumat və təcrübə mübadiləsini əhatə edir.

İlkin Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Azərbaycan  


Bizi "telegram"da izləyin