Əfqanıstanda həlak olanların ailələrinə verilən təqaüd artırılıb

2019/02/prezi-1550757086.jpg
Oxunub: 19611     17:39     21 Fevral 2019    
Prezident İlham Əliyev “Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” fərman imzalayıb.

Ordu.az xəbər verir ki, fərmanla Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il martın 1-dən 300 manat müəyyən edilib.

İndiyədək bu məbləğ 220 manat idi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Prezident  


Bizi "telegram"da izləyin