Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan və Gürcüstan Müdafiə Nazirləri iki ölkə arasında 2019-cu ildə müdafiə sahəsində əməkdaşlığa dair proqram (buna bənzər razılaşmalar 2010-cu ildən etibarən imzalanır) imzalayıblar.
Gürcüstanın müdafiə naziri Levan İzoriya jurnalistlərlə görüşündə qeyd edib ki, NATO üzvləri və himayəsi altında Gürcüstanda keçiriləcək "Noble Partner", "Agile Spirit" və digər təlimlərdə Ermənistanın iştirakını davam etdirəcəyinə ümid edir.
Qeyd edək ki, keçən il Gürcüstanda keçirilən "Noble Partner" təlimlərində Azərbaycan, Türkiyə, Ermənistan və digər 10 ölkədən 3000 hərbi qulluqçu iştirak edib.
Lakin Ermənistan "Agile Spirit-2018" təlimlərində iştirak etməyib.
Alpər Mövludoğlu
Ordu.az