Ermənistanda 2 şirkət ordunun qida təminatını təşkil etmək üçün müraciət edib

2019/02/nizam-1550748642.jpg
Oxunub: 30129     15:30     21 Fevral 2019    
Ermənistan Müdafiə Nazirliyi ordunun hərbi hissələrində, səhra şəraitində döyüş postlarında hərbi qulluqçuların qidalanmasının təşkilinin hər hansı özəl şirkətə həvalə edilməsinə dair qərar qəbul edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bununla bağlı qanun layihəsi Ermənistan hökumətinin gündəliyinə daxil edilib.

Layihədə müsabiqədə iştirak edəcək şirkətlərə qarşı tələblər öz əksini tapıb. Bu müsabiqəyə yalnız erməni yox, həmçinin xarici şirkətlər, digər dövlətlərdə qeydiyyatdan keçmiş şirkətlər də müraciət edə bilər.

Bu addımın atılmasında, şəxsi heyətin qidalanması sahəsində ortaya çıxan problemlər ərzağın keyfiyyəti, qəbulu, hazırlanması, əldə edilən ərzaq məhsulları və qidanın paylanması şəbəkəsindəki korrupsiya risklərinin belə bir addım atmağa vadar etdiyini qeyd edirlər. Layihənin sənədlərinə əsasən artıq iki şirkət müraciət edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qida-təminatı  


Bizi "telegram"da izləyin