Erməni əsgər valideynləri şikayət edir: “Əsgər ölümündə günahlandırılan şəxs necə şöbə rəisi təyin oluna bilər?”

2019/02/10319-1550732151.jpg
Oxunub: 18744     10:44     21 Fevral 2019    
Bir neçə gün əvvəl məhkəmə tərəfindən çağırışçı Norayr Sahakyanın ölümündə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmiş, hərbi hissənin tibb məntəqəsinin rəisi leytenant Mher Davidyantsa, terapiya bölməsinin rəisi vəzifələrini müvəqqəti icra edən Arkadi Çaxoyana bəraət verib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, məhkəmə əvvəlcə bu ölüm faktı üzrə 4 nəfər həkimi 4 il müddətinə azadlıqdan məhrum edib.

Bunlar ginekoloqiya bölməsinin Baş kordinatoru mayor Karen Culhakyan, Qarabağda qanunsuz dislokasiya olunan hərbi birləşmənin çağırış məntəqəsinin tibb məntəqəsi rəisi gizir Varujan Manasyan, Mher Davidyants və Arkadi Çaxoyandır. Bu adları qeyd edilən həkimlər Ermənistanın müstəqilliyinin 22-ci ildönümü ilə əlaqədar amnistiya elan edilməsinə dair ölkə parlamentinin 2013-cü il tarixli qərarının müvafiq bəndlərinə uyğun olaraq azad ediliblər.

Xatrladaq ki, Sahakyanın 2012-ci il dekabrın 21-də hər hansı sağlamlıq problemi olmadan orduya çağırıldığı qeyd edilir. Mərkəzi çağırış məntəqəsində 6 iynə vurulduqdan sonra onun hərarəti 38,3 dərəcəyə qalxıb. Çağırışçı Norayr Sahakyan ginekoloq olan hospitalın həkimi, növbətçi Karen Culhakyana yaxınlaşanda ona hərarəti olduğu deyilib. Bir ədəd həb verilərək Sahakyan işğal altındakı Qarabağda dislokasiya olunan erməni hərbi birləşmələrinə yola salınıb.


Yolda yenidən özünü pis hiss etsə də, ona tibbi yardım göstərilməyib. Orduda onu cəmi 48 saat saxlaya biliblər. Hərbi hospitalda ölən çağırışçı Norayr Sahakyanın anası Karine Mnatsakanyan, oğlunun ölümündə günahkar bilinən Mher Davidyantsın Nork rayon infeksiya klinikasının direktoru təyin edilməsinə görə qəzəblənib.

Anası orduya sağlam göndərdiyi və qısa vaxtda ölən oğlunun cinayət işinin 6 ildir tam araşdırılmadığından narahatdır. O, həmçinin cinayət işində ittiham olunanların bəraət alması və qısa vaxtda vəzifələrinə təyinat almasından da şikayətçidir.

O, vəzifəyə təyin edərkən həmin şəxsin keçmişini araşdırmayan nazirlərə də qəzəbli olduğunu bildirir, Nork rayon infeksiya klinikasının direktoru təyin edilən Davityantsın təcili vəzifəsindən azad edilməsi və məhkəməyə cəlb olunmasını tələb edir. Karine onun kimi insan qəniminin belə vəzifəyə təyinatını biabırçılıq hesab edir.

Norayrın valideynləri məhkəmənin verdiyi bəraət qərarı haqqında kütləvi informasiya vasitələrindən məlumat əldə etdiklərini, məhkəmədən hər hansı bildiriş almadıqlarını qeyd ediblər. Ölən çağırışçının atası, Nver Sahakyan qeyd edir ki, 6 ay əvvəl məhəkəmə olacağı barədə bildiriş alıblar, lakin daha sonra təxirə düşdüyü bildirilib. 6 ay sonra isə məhkəmənin baş tutduğu və bəraət qərarı verildiyi barədə KİV-lərdən öyrəndiklərini qeyd edir.

Erməni əsgər atasının sözlərinə görə, onların hüquqları təmamilə tapdalanıb. Hüquqi varis kimi bu məhkəmədən məlumatlı olmalı olduğunu söyləyən Nver etirazını ifadə edir. O, məhkəmə hakiminin nəyin əsasında bu iki təqsirli şəxsin günahsız olduğuna dair qərar verdiyini anlamadığını qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin