MOİK idmançısı Azərbaycan birinciliyinin qalibi olub

2019/02/d6f13-1550670434.jpg
Oxunub: 11704     17:46     20 Fevral 2019    
Gənc boksçular arasında keçirilən Azərbaycan birinciliyi başa çatıb. Bakı və respublikanın müxtəlif bölgələrini təmsil edən 35 komandanın qatıldığı yarışda 150-yə yaxın idmançı mükafat uğrunda mübarizə aparıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, 5 gün davam edən birincilikdə 10 çəki dərəcəsində çempion və medalçılar bəlli olub.

Boks Mərkəzində təşkil edilən yarışda MOİK idmançıları da fərqləniblər.

Belə ki, 91 kq çəki dərəcəsində yarışan Adil Vəliyev bütün rəqiblərini üstələyərək çempion adına sahib çıxıb. 81 kq çəkidə yarışan boksçumuz Həsən Osmanlı isə yalnız finalda uduzmaqla gümüş medalçı olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin