Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu, Ermənistanın sabiq Baş naziri Karen Karapetyanın imzaladığı son qərarlardan biridir.
Əvvəllər bir sıra xəstəliklər olduğu halda çağırışçı hərbi xidmətdən azad edilirdisə, indi bəzi xəstəliklər məhdudiyyətlə hərbi xidmətə yararlı hesab olunur. Əvvəllər Ermənistan ordusundan azad edilməyə əsas verən, lakin indi məhdudiyyətlə yararlı hesab olunan xəstəliklərdən biri də enurez hesab olunur.
Ümumi olaraq erməni çağırışçıları hərbi hissələrdə alçaldırlar. Sonradan həyatda əldə edilən enurez (gecə sidiyi saxlaya bilməmə) xəstəliyini erməni gənclər mülki həyatda gizli saxlamaqla kişilik ləyaqətini qoruya bildiyi halda, hərbidə bunu gizlətmək mümkün olmur. Bununla da özünə əmin olmayan erməni çağırışçılar təzyiq altına düşürlər.
Bu xəstəliyə tutulan erməni gənclərin rəsmi sayı 200-dən artıqdır. Qeyri-rəsmi məlumata görə, enurez xəstəliyini tutan erməni çağırışçılar üçün 4 hərbi hissə mövcuddur. Bu hərbi hissələr Sisian, Gümrü, İrəvan və Hoktemberyanda yerləşir. Tezliklə belə bir hərbi hissənin İcevanda da fəaliyyətə başlayacağı qeyd edilir.
Elə xidmət yerləri var ki, belə xəstəliyi olanlar üçün xüsusi yer yoxdur. Xəstə erməni hərbi qulluqçular ümumi hərbi hissədə xidmət edir, lakin ayrıca yataq otağında yatırlar. Bu hərbi qulluqçular əsasən hərbi hissələrdə əraziləri təmizləyir və digərləri tərəfindən müxtəlif ləqəblərlə adlandırılırlar.
Onlardan bəziləri qeyd edir ki, səhər “qalx” komandası ilə qalxdıqdan etibarən artıq problemin baş verdiyi görülür. Hərbi hissələrdə bu əsgərlərin gecə işlədildikləri, gündüz isə yatdıqları bildirilir. İndi isə artıq bu əsgərlər gündüzləri sidiklərini saxlaya bilmirlər.
“N” saylı hərbi hissənin hərbi qulluqçusu “N.A” 2017-ci ildə hərbi xidmətə çağırılmalı idi, lakin gecə enurezinə görə 2 dəfə, hər biri 6 ay olmaqla möhlət verilib. Paşinyan hökumətinin N404 nömrəli qərarı qüvvədə olarkən, o, 3-cü dəfə çağırılıb və hərbi xidmətə aparılıb.
Erməni KİV-lərinə səmimi etiraflarını bildirən tərəf, şəxsi məlumatlarının açıqlanmayacağına zəmanət alıb.
Bildirilir ki, hər gecə eyni şey baş verir, döşək ağları yuyulur və qurutma otağında qurudulur. Buraxılışa getməyin təmamilə baş ağrısı olduğunu söyləyən erməni hərbi qulluqçu bu problemini normalda ailəsindən başqa heç kimin bilmədiyini ifadə edib.
“N.A” bildirir ki, buraxılışa çıxmağı heç kim istəmir. Çünki şəhərin 90%-i bu hərbi hissədə kimlərin xidmət etdiyini və belə bir hərbi hissənin olduğunu bilirlər. Buna görə də, onlar müxtəlif yolla həmin hərbi hissədən olmadıqlarını, belə bir hərbi hissənin burada yerləşmədiyini sübut etməyə çalışırlar. Bunu bacarmadıqda isə çox alçaldıcı təhqir və təzyiqlərə məruz qalırlar.
Özlərini daim təzyiq altında hesab edən erməni əsgərlər bir çox halda normal xidmət edənlərlə bərabər bir yerdə xidmət edildiyini, digər sağlam hərbi qulluqçuların bunlardan yan qaçdığını, sırada və yeməkxanada bir sırada durmaqdan qaçındıqlarını qeyd edirlər.
O, hərbi xidmətə çağırıldıqdan sonra xüsusi (ԾՀՈԿ- xidməti asanlaşdırılmış gündəlik nizam qaydası ilə) qutudan püşkatmanı çəkdiklərini qeyd edib. Çağırış məntəqəsində həmin xüsusi qutudan püşkatmanı çəkdikdən sonra hamı həmin çağırışçının kim olduğunu billir. Şikayətçi qeyd edir ki, digərləri ilə eyni şəraitdə, cəbhə xəttində xidmət etmək və bu problemin digərləri tərəfindən bilinməməsini çox istəyir.
Erməni hərbi ekspert Van Hambartsumyan hesab edir ki, enurez xəstəliyi əsgər üçün böyük stresdir və ağır nəticələrə səbəb ola bilər. Onun sözlərinə görə, Ermənistan ordusunda “dedovşina” var və bu kimi əsgərləri alçaldırlar, nəticədə belə xəstəliyi olan hərbçilər səbəbindən ölüm, intihar və hadisələr kəskin artır.
Hambartsumyan, onların hərbi xidmətinin ümumiyyətlə səmərəli olmadığını, qanunların belə sərtləşdirilməsinin isə daha çox çağırışçı qazanmaq məqsədi daşıdığını düşünür. Onun fikrincə, belə şəraitdə xidmətə dözməyənlər, gərginliyə tab gətirməyərək, bədbəxt hadisələrin baş verməsinin çoxalmasına səbəb olacaqlar.
“Xəstələri orduya çağırmaqdansa, hərbi xidməti cəlbedici etmək lazımdır. Sabiq Müdafiə naziri Viqen Sarkisyan hərbi xidməti cəlbedici etməyə çalışsa da, indiki nazir Davit Tonoyan bu istiqamətdə heç bir iş görmür”, - deyə erməni ekspert vurğulayıb.
Valideynlər tərəfindən edilən çox sayda şikayət var və bu şikayətlərdə əvvəlki sistemə qayıdılması tələb edilir, lakin şikayətlərə baxan yoxdur.
Məsələ ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyana mürciət edilib və o, bu müraciətlərə yalnız “bu xəstəliyi olanlara əvvəllər möhlət verilirdi” deməklə kifayətlənərək, digər məsələlərlə bağlı yazılı müraciət edilməsini tövsiyə edib.
Alpər Mövludoğlu
Ordu.az