Ordu.az xəbər verir ki, bu barədə jurnalistlərlə görüşü zamanı erməni politoloq Sergey Şakaryants Parisdə Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri Zöhrab Mnatsakanyan və Elmar Məmmədyarovun görüşünü şərh edərkən bildirib.
Onun sözlərinə görə, Paris görüşü haqqında çox bəyanat olmayıb və əsas məsələ ölkə rəhbərlərinin rəsmi görüşünə nail olmaq üçün işlər görülür.
“Yalnız iki nəticə barədə məlumat verilib. Birinci məlumat ondan ibarətdir ki, fevral ayında da eyni səviyyədə görüş gözlənilir. İkinci məlumat isə iki ölkə rəhbərlərinin görüşünə də nail olmaq üçün işləri davam etdirəcəklərindən ibarətdir”, - deyə politoloq bildirib.
O qeyd edib ki, Ermənistanda hamı “tuşonkalarla, zkuşonkalarla” sevinir, küçə rəqslərini davam etdirir və Üçmüədzini təhqir edir.
“Bütün problemlər həll edilib ki, siz belə bir axmaqlığa əl atmısız? Bu gün bizim ölkəmizdə nə baş verdiyini xarakterizə etmək çətindir. Dünyadan ayrı düşən İrəvan asfaltı ilə sevinmək təhlükəli xarici siyasətdir”, - deyə erməni politoloq şikayətlənib.
Şakaryants onu da vurğulayıb ki, o Ermənistanın sülhə hazırlaşdığını təsəvvür edə bilmir və daha bir 4 günlük əməliyyatlar istisnalıq təşkil etmir.
“Mən sülhə hazırlaşdığımızı çətin təsəvvür edirəm. Bölgədən kənar qoşunlar münaqişə zonasında yerləşdirilib. Açın Madrid prinsiplərini və oxuyun. Məsələn, bizim qonşu İran bu cür addımlara davam edərsə, sülhə hazırlaşmır... Paris görüşü heç bir şəkildə müharibə təhlükəsini yox etməyib. Hətta daha bir 4 günlük döyüşləri istisna etmək olmur”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az