Goranboydakı "N" saylı hərbi hissədə "Açıq qapı günü" - FOTO

2018/12/49034-4638231282.jpg
Oxunub: 6867     13:47     29 Dekabr 2018    
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə "Açıq qapı günü" keçirilib.

Ordu.az xəbər verir ki, respublikanın müxtəlif bölgələrindən gələn əsgər valideynləri hərbi hissələrdə olublar.

Əlamətdar gün münasibəti ilə çıxış edən komandirlər, dövlətin ordu quruculuğuna göstərdiyi diqqətin xüsusilə təmas xəttində yerləşən hərbi hissələrdə daha çox hiss edildiyini bildiriblər.

“Açıq qapı günü” çərçivəsində komandanlıqla valideynlərin görüşlərində hərbi qulluqçuların xidməti ilə bağlı onları maraqlandıran məsələlər müzakirə edilib və sualları cavablandırılıb.

Bayram günü münasibətilə şəxsi heyət üçün mədəni-kütləvi tədbirlər keçirilib.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Goranboy   Açıq-qapı  


Bizi "telegram"da izləyin