Ordu.az xəbər verir ki, hərbi hissənin tibb məntəqəsinin rəisi, mayor rütbəli T. Eduard 2014-cü il yanvarın 19-da saat 15:00 radələrində 39.1 hərarəti ilə tibb məntəqəsinə müraciət edən təlim taborunun Ş.Edik adlı gənc əsgərini hərtərəfli müayinə üçün müvafiq müayinələrə cəlb etmək əvəzinə, hərbi hissə komandirinin əmri ilə tibb məntəqəsində saxlayıb və yanvarın 20-də isə gənc əsgər Vağarşapat xəstəxanasında həyatını itirib.
O, xidməti vəzifə borclarını layiqincə yerinə yetirmədiyinə, gənc əsgərin müalicə və müayinəsini vaxtında təşkil etməməklə, müddətli xidmət hərbi qulluqçusu, gənc əsgərin ölümünə səbəb olmaqla ittiham edilir.
İlkin araşdırma zamanı həkim özünü günahkar hesab etdiyini bildirsə də, məhkəmə prosesində özünü günahkar hesab etmədyini qeyd edib.
O, 2014-cü il yanvarın 19-da hərbi hissə tibb məntəəsinin növbətçiliyini qəbul edib və həmin gün çox sayda gənc əsgər əsasən hərarət diaqnozu ilə müraciət edib. Xəstə əsgərə ilkin diaqnoz qoyaraq, müalicə üçün dərman verdiyini, onun halsızlıqdan, yüngül baş ağrısından şikayət etdiyini, ilkin müayinə zamanı heç bir kənar əlamət aşkarlamadığını qeyd edib. Davamlı olaraq onun vəziyyəti ilə maraqlandığını bildirib və artıq saat 20:00 radələrində hərarətinin nomal olduğunu deyib. Erməni həkim bildirib ki, digər əsgərin hərarəti qalxdığına görə hərbi hissənin polkovnik rütbəli cavabdeh şəxsinə məruzə edib və onu hospitala təxliyyə edib. Ancaq Ş. Edik adlı hərbi qulluqçu özünü yaxşı hiss etdiyindən hərbi hospitala getməkdən imtina edib.
O, səhər xəstələri oyadarkən heç kimin şikayəti olmadığını bildirib. Qəfldən ölən hərbi qulluqçunun bədənində, sifətində səpkilər yayılmağa başlayıb. Dərhal onu hospitala təxliyyə ediblər. Vəziyyətinin kəskin pisləşdiyinə görə hərbi qulluqçunu hospitala yetişdirməyin gec olacağını düşündükləri üçün onu Vağarşapat xəstəxanasının reanimasiya bölməsinə təxliyyə ediblər. Bir müddət sonra əsgər ölüb. Ölümə səbəb sürətlə yayılan meningit xəstəliyi olub. Təkrar tibbi ekspertiza xəstəliyin sürətlə yayılması və müalicəsinin çox vaxt nəticəsiz qalması barədə rəyi təsdiqləyib.
Müttəhim mayor T.Eduardın hüquqlarını vəkil Norik Norikyan müdafiə edib. Məhkəmə tibb məntəqəsinin rəisi, növbətçi həkim mayor T.Eduardın etdiklərində, tibbi müdaxiləsində hər hansı bir qanun pozuntusu və səhlənkarlıq müəyyən edilmədiyini qeyd etməklə, onun günahsız olduğuna qərar verib və cinayət tərkibinin olmadığına görə həkimə bəraət verilib.
Alpər Mövludoğlu
Ordu.az