Rus hərbi bazasının 12-ci ölüm faktı – SİYAHI (VİDEO)

2018/12/maxre-1546007787.jpg
Oxunub: 2468     11:32     31 Dekabr 2018    
2 dekabr 2018-ci ildə Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasında xidmət edən hərbi qulluqçulardan biri şüşə ilə zərbə endirməklə, 57 yaşlı şəhər sakini Cüliyetta Qazaryanı öldürüb. Daha sonra qadının süpürgəçi olduğu məlum olub.

Bu hadisə ilk hal deyil. Keçmişdə də rus hərbi bazasının hərbi qulluqçuları tərəfindən erməni sakinlərinin öldürülməsi halı baş verib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanda “Xəbərdar Vətəndaşlar Birliyi” təşkilatı ölüm hallarının sadalandığı video məlumat paylaşıb.

Beləliklə,

- 14 aprel 1999-cu ildə hərbi bazanın iki hərbi qulluqçusu Denis Popov və Aleksandr Kamenyev “Kalaşnikov” avtomatları ilə xidmət yerini özbaşına tərk edərək, Gümrü sakinlərini canlı hədəf seçərək atəş ediblər. Nəticədə 2 nəfər ölüb, 10 nəfər yaralanıb. Bu şəxslər Ermənistan məhkəməsində mühakimə olunaraq, 14 və 15 il müddətinə azadlıqdan mərhum ediliblər. Daha sonra cəzalarını çəkmək üçün Rusiyaya ekstradisiya olunublar;

- 7 aprel 2013-cü ildə 2 uşaq minalanmamış sahədə qalan minaların partlayışına düşüb. Həmin hadisəni Rusiyanın istintaq orqanları araşdırıb;

- 12 yanvar 2014-cü ildə Ermənistandakı rus hərbi bazasında xidmət edən rus hərbi qulluqçu Valeri Permyakov silahla xidmət yerini tərk edərək, bir ailənin 6 üzvünü güllələyib və 7 aylıq uşağı yaralayıb. Buna Rusiya tərəfinin hərbi qulluqçunun silahla xidmət yerini tərk etməsi faktını, erməni polisindən gizli saxlaması səbəb olub. Onu yalnız ölüm hadisəsindən sonra axtarmağa başlayıblar. Nəticədə ələ keçirilən Permyakov ömürlük həbs cəzasına məhkum edildi.

Beləliklə, Cüliyetta Qazaryan Ermənistandakı rus hərbi bazasının hərbi qulluqçusu tərəfindən öldürülən 12-ci Gümrü sakini olub.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Gümrü   102-baza  


Bizi "telegram"da izləyin