Paşinyan nala-mıxa vurur: “KTMT Baş katibi məsələsi çox kiçik və əhəmiyyətsizdir”

2018/11/456-1543561460.jpg
Oxunub: 2100     11:02     30 Noyabr 2018    
“KTMT Baş katibi məsələsi çox kiçik və mühüm olmayan məsələdir. Hazırda müzakirə olunmalı daha vacib məsələlərimiz var”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanda Baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan söyləyib.

“Mənim adımım” seçkiqabağı təşviqat kompaniyası çərçivəsində noyabrın 29-da Sevan şəhərində keçirilən mitinqdə çıxış edən öz hökumətini ölkənin KTMT müttəfiqləri ilə münasibətlərin pisləşməsində ittiham edənlərə cavab verib.

“Biz KTMT ilə münasibətlərimizi pisləşdirməmişik, lakin Ermənistanın üzləşdiyi pis vəziyyəti, bu və digər təşkilatlarla münasibətlərdə sələflərimizdən miras qalan pis və etibarsız vəziyyətimizi dilə gətirmişik", - deyə Paşinyan bildirib.

Ermənistan ətrafında baş verən reallıqlarla barışmaq niyyətində olmadığını vurğulayan Paşinyan, KTMT-də müttəfiqlər arasındakı öhdəliklərin və təşkilatın məsuliyyətlərinin aydınlaşdırılmasının vacibliyinə toxunub, bu məsələni qaldırmaqda məqsədlərinin müttəfiqlərlərlə Ermənistanın münasibətlərinin yaxşılaşdırılması və inkişaf etdirilməsi olduğunu bildirib.

Eyni zamanda KTMT Baş katibi ətrafında meydana gələn söz-söhbətə də münasibət bildirən Paşinyan bunun əhəmiyyətsiz olduğunu söyləyib.

“KTMT Baş katibi məsələsi çox kiçik və mühüm olmayan məsələdir, bu baxımdan müzakirə olunan məsələlər daha vacibdir. Biz ardıcıl olaraq Ermənistan və Qarabağın maraqlarını müdafiə edəcəyik”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan   KTMT  


Bizi "telegram"da izləyin