Ordu.az xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Qaya Məmmədovun etimadnaməsini qəbul edərkən bildirib.
Görüş zamanı Nümayəndəliyin başçısı Q.Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Baş katibə çatdırıb.
Nümayəndəliyin başçısı Q.Məmmədov Azərbaycanın NATO-nun “Sülh naminə Tərəfdaşlıq” proqramında iştirakına böyük əhəmiyyət verdiyini bildirərək, ölkəmizin Əfqanıstanda sülh və sabitliyin bərqərar olunması sahəsində NATO ilə birgə səylərini bundan sonra da davam etdirəcəyini diqqətə çatdırıb.
NATO-nun Baş katibi Y.Stoltenberq öz növbəsində salamlarını Azərbaycan Respublikasının Prezidentinə çatdırmağı xahiş edib və Azərbaycan-NATO əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib.
Ağalar Ağalarlı
Ordu.az