Ordu.az "Shamshyan.com" saytına istinadən xəbər verir ki, Ermənistanda aprel döyüşləri iştirakçısının ailəsi məmurun növbəti ədalətsizliyi ucbatından küçədə qalıb.
Belə ki, dünən İrəvanın Erebuni küçəsinin 6 sakini aldadılma yolu ilə mənzillərdən mərhum olublar. Həmin evdə yaşayan 6 nəfərdən 2 nəfərin işğal altında olan Qarabağda qulluq edərək, aprel müharibəsində iştirak etdiyi qeyd olunur. Onlardan 1-i qəlpə yarasından hospitalda müalicə olunub. Etirazçılar ədalətin bərpa olması üçün Nikol Paşinyana, Milli Təhlükəsizlik Xidmətinə və Xüsusi İstintaq Komitəsinə müraciət ediblər.

Bildirilir ki, prokurorluğun yüksək vəzifəli məmuru öz səlahiyyət mövqeyindən sui-istifadə edərək, bu ailəni dilənçi vəziyyətinə salıb. 46 yaşlı Qayane Hambaryan bildirib ki, həyat yoldaşı Armen Badalyan 2012-ci ildə Kilikiyada fəaliyyət göstərən qənnadı məmulatları və çörək məhsulları istehsalı sahəsini kirayə götürüb. Müəyyən icarə razılaşması əldə edilib və bir ay tamam olmadan borc yarandığına görə, həmin yeri idarəetməkdən imtina edib. Bu müddət ərzində icarədarlar məhkəməyə müraciət edərək borc qarşılığında mənzillərini əllərindən almağa iddia veriblər. Vardan Vardazaryan aldatma və hədə-qorxu yolu ilə 6 milyon borc olması barədə ailə başçısına kağız imzalatdırıb. Həmin kağızla məhkəmə iddiasını udublar.
Bununla da onlar şikayətçilərin mənzilini özəlləşdirərək, onu dərhal 14 min ABŞ dolları dəyərində satıblar. İndi mənzilin yeni sahibləri onlara mənzildən çıxmağa 20 gün vaxt verib.

Alpər Mövludoğlu
Ordu.az