Paşinyanın müavini Lukaşenko ilə KTMT-ni müzakirə etdi

2018/11/95613-1543410828.jpg
Oxunub: 1603     17:13     28 Noyabr 2018    
Ermənistan Baş nazirinin birinci müavini vəzifələrini icra edən Ararat Mirzoyan Belarusda KTMT-nin Baş katibliyi məsələsini müzakirə edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Baş nazirinin birinci müavini vəzifələrini icra edən Ararat Mirzoyan Minskdə AİƏT üzv ölkələrin hökumət başçılarının görüşü çərçivəsində Belarus prezidenti Aleksandr Lukaşenko ilə KTMT-nin Baş katibliyi məsələsini müzakirə edib.

Qapalı müzakirə olduğuna görə danışıqların detalları barədə məlumat verə bilməyəcəyini deyən Mirzoyan vurğulayıb ki, danışıqlar kifayət qədər konstruktiv olub.

Mirzoyan, tezliklə keçiriləcək KTMT-nin sammitində problemin həll ediləcəyinə dair ümidvar olduğunu bildirib.

O, görüşdə bir sıra qarşılıqlı maraq doğuran və AİƏT aid olmayan məsələlərin də müzakirə edildiyini deyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Ermənistan   Belarus  


Bizi "telegram"da izləyin