Azərbaycan və Almaniya hərbi hüquq ekspertləri arasında görüş keçirilib

2018/11/00911-1543409609.jpg
Oxunub: 2608     16:52     28 Noyabr 2018    
Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası Müdafiə Nazirlikləri arasında illik hərbi əməkdaşlıq planına əsasən noyabrın 28-də Bakıda iki ölkənin hərbi hüquq üzrə ekspertlərinin işçi görüşü keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, tədbirdə hərbi qanunvericiliyə dair qarşılıqlı təcrübə mübadiləsi keçirilib, hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial-hüquqi müdafiəsinin xüsusiyyətləri, eləcə də bir sıra digər məsələlər müzakirə olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Almaniya   MN  


Bizi "telegram"da izləyin