Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Baş nazirinin sözçüsü Arman Yeğoyan görüşün baş tutmasına dair münasibət bildirib.
O qeyd edib ki, Paşinyan gün ərzində müxtəlif görüşlər keçirir, bunların bir qismi yayımlansa da, bir qismi yayımlanmır.
Görüş zamanı özünün və bir neçə silahdaşının problemlərini də həll etməli olan Seyran Saroyanın bir həftə öncə Moskvaya qayıtdığı bildirilir.
Bu günlərdə isə Manvel Qriqoryanın ankoloq həkimi Norbert Avetyan Fransadan Ermənistana qayıdıb. Onun hava limanından birbaşa həbsxanaya getdiyi bildirilir. Aveyan Qriqoryanı müayinə etdikdən sonra onun vəziyyətini kritik qiymətləndirib. Bu barədə Manvel Qriqoryanın Ermənistandakı həkimi Artak Manukyan məlumat verib.
Alpər Mövludoğlu
Ordu.az