Ermənistanda döyüşçülərin məzarlarının təmir pulları mənimsənilib

2018/10/45645-1540562397.jpg
Oxunub: 3808     17:57     26 Oktyabr 2018    
Ermənistanda kənd icra nümayəndəsi döyüşçülərin məzarlarının təmir pullarını mənimsəyib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın Armavir vilayətinin Yeğeqnot kənd icra nümayəndəsi 62 yaşlı Razmik Marqaryan döyüşçülərin məzarlarının və yararsız halda olan yolların təmir pullarını mənimsəyib.

2017-2018-ci illər ərzində onun Armavir vilayətində fəaliyyət göstərən bir sıra təsərrüfat sahibləri ilə satınalma və xidmət sahələrinə dair saxta müaqvilələr bağladığı aşkar edilib. Bununla onun kənd icra nümayəndəliyi büdcəsindən külli miqdarda pul mənimsənildiyi məlum olub.

Əldə edilən məlumatlar əsasında araşdırma aparılıb və fakt təsdiq edilib. Kənd icra rəhbəri 1 milyon 900 min dramı (6662 AZN) müqavilə bağladığı təsərrüfat sahiblərinə versə də, daha sonra 1 milyon 700 dram (5961 AZN) vəsaiti geri alıb və mənimsəyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Mənimsəmə  


Bizi "telegram"da izləyin