Boltondan xatırlatma: "Suriyada hərbi iştirak səhv addım olar"

2018/10/34534-1540477689.jpg
Oxunub: 3223     18:26     25 Oktyabr 2018    
"Bu, Suriyada hərbi iştirakı olan istənilən ölkə üçün səhv addım olar".

Ordu.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton İrəvanda Ermənistan prezidenti ilə görüşü zamanı İrəvanın Suriya ilə bağlı fəaliyyətini müzakirə etdiklərini bildirib.

Onun sözlərinə görə, Ermənistan prezidenti Armen Sarkisyan deyib ki, yardım yalnız humanitar xarakterli olacaq.

“Prezident qeyd etdi ki, bu yardımın hərbi təyinatı olmaycaq. Əgər hərbi iştirak olarsa istənilən ölkə və istənilən tərəf üçün səhv olar. Hazırda 7-8 mübarizə aparan tərəf var. Hesab edirəm ki, digər ölkələrin orada tərəf kimi iştirakı səhv olar”, - deyə Con Bolton bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bolton   Ermənistan   Suriya  


Bizi "telegram"da izləyin