Donbasda 8 Ukrayna əsgəri yaralanıb

2018/09/630_360_1534314767-4206_1535965031.jpg
Oxunub: 3915     17:00     03 Sentyabr 2018    
Ukraynanın Donbas vilayətində fəaliyyət göstərən separatçı qüvvələr ötən gün ərzində atəşkəs rejimini ümumilikdə 16 dəfə pozublar.

Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Birləşdirilmiş Qüvvələr Əməliyyatının (BQƏ) mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, qarşıdurmalar nəticəsində Ukrayna ordusunun 4 hərbçisi ağır, 4-ü isə yüngül olmaqla ümumilikdə 8 əsgəri yaralanıb. Əks tərəfdən isə 3 separatçının məhv edildiyi, 6-sının isə yaralandığı qeyd edilib.

Bildirilir ki, BQƏ ərazisində vəziyyət qismən gərginləşsə də, tamamilə Ukrayna ordusunun nəzarəti altındadır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Donbas  


Bizi "telegram"da izləyin