Ordu.az “İraqi News”a istinadən xəbər verir ki, bu barədə İraq Federal Polisinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, kəşfiyyat bölməsinin əldə etdiyi məlumat əsasında təhlükəsizlik qüvvələri Havvica qəsəbəsində hərbi əməliyyat keçirib.
Əməliyyat nəticəsində 4 terrorçu məhv edilməklə yanaşı, onlar tərəfindən istifadə edilən bir neçə tunel aşkarlanıb.
Ağalar Ağalarlı
Ordu.az