Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Ukraynanın Kanadadakı səfiri Andrey Şefçenko bildirib.
O qeyd edib ki, UNIFIER missiyasının 31 mart 2019 tarixinə qədər uzadılması Ukrayna ordusunun təcrübəli Kanada hərbçilərindən bəhrələnməsi üçün olduqca əhəmiyyətli idi.
“Bu önəmli qərar idi. Lakin Kiyev bununla kifayətlənmək istəmir. Biz ölkədəki Kanada hərbi təlimçilərinin sayının və fəaliyyət müddətinin artırılmasını istəyirik. Bu sadəcə 6 aylıq artım idi. Hazırda isə Kiyev müqaviləli şəkildə Kanada hərbçilərinin ölkədə bir neçə illik mövcudluğu üçün çalışır”, - deyə səfir bildirib.
Qeyd edək ki, ötən gün sona çatan UNIFIER missiyasının müddəti daha 6 ay uzadılıb ki, bu da Ukrayna hərbçilərinə təcrübəli kanadalı həmkarlarından daha çox təlim görmək imkanı verəcək.
Dəyanət Ağalarlı
Ordu.az