Ordu.az “Janes”ə istinadən xəbər verir ki, layihə ABŞ-ın Müdafiə üzrə Qabaqcıl Tədqiqat Layihələr İdarəsi (DARPA) ilə birlikdə aparılır.
DARPA-nın “İzah ediləbilən Süni Zəka” layihəsi çərçivəsində ərsəyə gətirilən sistemin adı “İzah ediləbilən Sual Cavablayan Sistem”dir (EQUAS). Onun hazırlanmasında məqsəd avtonom sistemlərə öz fəaliyyətlərini daha yaxşı izah etmə qabiliyyətinin qazandırılmasıdır.
“Raytheon”un layihə üzrə rəsmisi Bill Ferqusonun sözlərinə görə, EQUAS süni zəka proqramlarına öz işlərini göstərmək, istifadəçinin maşının öz təkliflərinə olan etibarını artırmaqda kömək edəcək.
Ağalar Ağalarlı
Ordu.az