“Boeing” ABŞ HDQ-nin 805 milyon dollarlıq tenderinin qalibi olub

2018/08/received_654695151578940_1535741728.jpeg
Oxunub: 1690     02:52     01 Sentyabr 2018    
“Boeing” şirkəti ABŞ Hərbi Dəniz Qüvvələri üçün yeni yanacaq tankerlərinin istehsalını həyata keçirəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, istehsal ediləcək MQ-25A “Stingray” tankerləri donanmanın xidmətindəki pilotsuz uçuş vasitələri üçün yanacaq depolanmasında istifadə olunacaq.

Müqavilə ilə bağlı ABŞ donanmasının mətbuat xidmətindən verilən xəbərə əsasən ilkin mərhələdə 805 milyon dollar dəyərində 4 ədəd tanker donanmanın xidmətindəki aviadaşıyıcılara inteqrasiya ediləcək.

Məlumata əsasən, tərəflər daha sonra ehtiyac olan 72 ədəd tankerin istehsalı ilə bağlı 13 milyard dollarlıq müqavilə imzalaya bilərlər.

Qeyd edək ki, növbəti ildən start veriləcək layihə 2024-cü ilə kimi yekunlaşdırılacaq.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Boeing  


Bizi "telegram"da izləyin