ABŞ-ın Afrikadakı mövcudluğu bütün qitəyə yayılır

2018/08/received_274669056479163_1535737206.jpeg
Oxunub: 2481     01:37     01 Sentyabr 2018    
ABŞ Afrikanın müxtəlif dövlətlərində saxlanılan hərbi qüvvələrinin sayını artırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hazırda 20-dən çox Afrika ölkəsində 100-ə qədər ABŞ hərbi missiyası mövcuddur.

Məsələ ilə bağlı Pentaqonun Afrika komandanlığından verilən məlumatda qeyd olunub ki, 2018-ci il ərzində qitənin müxtəlif bölgələrində 3500-ə qədər təlim və hərbi nümayişin həyata keçirilməsi planlaşdırılır ki, bu da 10 il əvvəlkinə nisbətdə 1900 faiz artım deməkdir.

Məlumata əsasən, hazırda qitənin 54 ölkəsindən 53-də ABŞ hərbi qüvvələri mövcuddur ki, bunların da ümumi sayı 70 minə yaxındı.

Qeyd edək ki, Pentaqon qitəyə bu il 7500, ötən il isə 6000 əlavə hərbi qüvvə yerləşdirib. Növbəti il isə əlavə 9000 hərbçinin yerləşdirilməsi planlaşdırılır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Pentaqon   Afrika  


Bizi "telegram"da izləyin