Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu deməyə imkan verən son illərdə yaşanan tendensiyadır.
Belə ki, 2010-2018-ci illər ərzində bu sahənin orta illik artım dinamikası 4,2 faiz səviyyəsindən 10,6 faizə yüksəlib.
Hazırkı proqnozlar onu göstərir ki, 2018-2022-ci illərdə bu sektorun orta illik artım göstəricisi 15,85 faizə qədər yüksələcək.
Bu rəqəmlərə əsasən, hazırda ümumi həcmi 84 milyard dollar olan qlobal avtonom hərbi vasitələr bazarının 2022-ci ildə 136 milyard dollara yüksəlməsi ehtimal edilir.
Məlumata əsasən, hazırda bu sahədə əsas aparıcı oyunçular “BAE Systems”, “Elbit Systems”, “Lockheed Martin”, “Northrop Grumman”dır.
Qeyd edək ki, hazırda ölkələr səviyyəsində əsas istehsalçı və istehlakçı ABŞ-dır. Belə ki, sözügedən bazarın məhsullarının 38 faizi ABŞ-da istehsal olunur və Pentaqon bu bazara olan tələbatın 32 faizinə sahibdir.
Dəyanət Ağalarlı
Ordu.az