Ordu.az "National Interest"ə istinadən xəbər verir ki, Soyuq müharibənin sonunda əldə edilən qələbə Pentaqona bir sıra qənaət imkanları yaratdı. Belə ki, həmin dövrdən sonra ABŞ ordusu daxilində müəyyən daraltma işləri həyata keçirildi. Bundan şübhəsiz ki, ən çox təsirlənən sahələrdən biri də ABŞ Hərbi Hava Qüvələri oldu. SSRİ-nin artıq mövcud olmaması dünyada ABŞ-ın super güc iddialarına hər hansısa bir təhdidin qalmadığını göstərirdi. Lakin sonrakı mərhələdə SSRİ-nin varisi rolunda çıxış edən Rusiyanın Sovet İttifaqı qədər olmasa da, özündə müəyyən qədər toplaması və yenidən ayağa qalxması, həmçinin Çinin sürətli inkişafı ABŞ-ı hazırda düşünməyə vadar. Həqiqətən də ABŞ ordusu bunlara tam həcmdə cavab verə biləcək potensiala sahibdirmi?
Məsələ ilə bağlı RAND korporasiyasının apardığı araşdırmaya əsasən, hazırda ABŞ ordusu daxilində Quru Qoşunları, Dəniz Qüvvələri və Dəniz Piyadaları öz üzərinə düşən öhdəlikləri icra etməkdə müəyyən mənada yetərli güc sahibidir. Amma ABŞ Hərbi Hava Qüvvələri ilə bağlı eyni qənaətə gəlmək bir az sadəlövhlük olardı.
Belə ki, təkbətək mübarizələrdə şübhəsiz ki, ABŞ Hərbi Hava Qüvvələri dünyanın bütün digər dövlətlərindən gələcək maksimum həcmli təhlükələrə cavab verə bilər, amma məsələ son zamanlarda daha aktual hal alan Rusiya-Çin koalisiyasına gəldikdə işlər bir az fərqli olacaq.
Belə ki, hazırda 320 minə yaxın heyət üzvü dünyada ən nəhəng hərbi qüvvələrdən biri rolunda çıxış edən ABŞ Hərbi Hava Qüvvələrinin xidmətində 170 peyk, 5100-ə qədər təyyarə mövcuddur. Ümumi orta illik büdcəsi 160-170 milyard dollar həcmində olan ABŞ HHQ bu baxımdan əsl əzəmət nümunəsi olsa da, aparılan araşdırmalar Vaşinqtonun bu rəqəmlərə bel bağlamamalı olduğunu göstərir.
Belə ki, ABŞ-ın milli təhlükəsizliyinə edilə biləcək maksimum potensial təhdidlər zamanı Vaşinqtonun ehtiyac duyacağı rəqəmlər əslində bunlardan kifayət qədər böyükdür.
Belə ki, ən sadə olaraq Çin və Rusiyanın Donanma və Dəniz Piyadaları birlikləri ilə həyata keçirəcəyi hücumlara cavab üçün ABŞ-ın azı 3 min döyüş hazırlığı vəziyyətində olan təyyarəyə ehtiyacı olacaq. Hazırda isə ABŞ ordusunun sahib olduğu təyyarələrin sadəcə 2 mini aktiv vəziyyətdədir. Bütün qırıcıların aktiv vəziyyətdə saxlanılması və onlara baxışın həyata keçirilməsi üçün isə 320 minlik heyət təxminən 450 minə qaldırılmalıdır. Bundan əlavə olaraq müharibənin uzun müddət davam etməsi halında ABŞ-ın ümumi təyyarə ehtiyacı azı 8 min ətrafında olacaq ki, indiki şəraitdə də bu heç də real görünmür. Eyni zamanda Pentaqonun tərkibindəki peyklərə də təhdid edilməsi ehtimalı yüksəkdir. Buna görə də ABŞ fəaliyyətdə və ehtiyatda olmaqla ümumi peyk sayını 220-nin üzərində saxlamalıdır. Əks təqdirdə bu, kəşfiyyat məlumatlarının yetərsizliyi və kiber təhlükəsizliyin aşağı səviyyəli olması ilə nəticələnə bilər.
Məhz bu rəqəmlər ABŞ Hərbi Hava Qüvvələrinin kifayət qədər yetərli ölçüdə olmadığını nümayiş etdirir. Düzdür Pentaqonun tərkibindəki digər komandanlıqlarda da müəyyən problemlər mövcuddur, lakin onların heç birində vəziyyət ABŞ HHQ-dəki qədər kəskin şəkildə deyil. Bu baxımdan ABŞ prezidenti Donald Trampın Kosmik Qüvvələrin ABŞ HHQ-nin tərkibindən çıxarılaraq hər iki sahədə ixtisaslaşmanı daha da gücləndirmək planlarını anlamaq olar.
Dəyanət Ağalarlı
Ordu.az